reklam
Sportfm.az xəbər saytı

"Eddi İsrafilov və Azər Salahlı bizə xeyir verəcəklər" -Emin Mahmudov


"Komandada əhval-ruhiyyə yaxşıdır".

Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov bu gün start götürən təlim-məşq toplanışı barədə klubun televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi heyətlə bağlı bəzi problemlərin olduğunu bildirib: "Məşq prosesində hamı iştirak edə bilmir. Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq".

Eddi İsrafilov və Azər Salahlının "Neftçi"yə keçidinə toxunan təcrübəli oyuynçu onların komandaya xeyir verəcəyinə inandığını vurğulayıb: "Bizə yerli oyunçular lazım idi. Çünki komandada ancaq gənc futbolçular idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq. İnanıram ki, bizə xeyir verəcəklər".

Gənc futbolçuların əsas komanda ilə məşq etmələrinə də münasibət bildirən Mahmudov bunun önəmli amil olduğunu söyləyib: "Onların bizimlə hazırlaşmaları hər zaman xoşdur. Əsas komandadakı ab-havanı hiss etməlidirlər. Ümid edirəm ki, bizə xeyir verəcəklər".

Oxşar xəbərlər

Eddi İsrafilov: "Kömək etməyə hazıram"
Laurentsiu Regekampf narazıdır: "Hazırlıq yaxşı getmir"
"Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi" - Samir Abasov
"Tapşırıqları yerinə yetirə bilmədik" - "Neftçi"nin kapitanı
"Daha yaxşı oynayacağıma inanıram" - Eddi İsrafilov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər