Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avrokuboklarda təmsilçimizə qol vuran qapıçı:"Azərbaycanlıların heyətində bir neçə texnikalı futbolçu var idi"- ÖZƏL
Avrokuboklarda ən böyük hesablı məğlubiyyət acısı dadan klubumuz hazırda tarixin yaddaşına köçən Buzovna təmsilçisi "Xəzri” olub. Polşa təmsilçisi "Qutnik”ə ümumi hesabda 11-2 məğlub olan təmsilçimizlə ilk oyunda qapıçının fərqlənməsi diqqət çəkməyə bilməz. Krakovda keçirilən birinci matçda fərqlənən rusiyalı qolkiperi Sportfm.az saytı tapdı. Sergey Şipovski Bakıdan olduğumuzu bilən kimi həmin görüşlər barədə danışdı:
"1996/1997-ci ili mövsümündə, "Xəzri” Buzovna ilə səhv etmirəmsə UEFA Kuboku çərçivəsində qarşılaşırdıq. İlk matç sizin komanda üçün faciəyə çevrildi. Rəqibimizi Avropada debüt etməsinə peşman etdik. Hətta mən belə qol vurdum. 9-0 hesabı ilə qalib gəldiyimiz görüşdə 8-ci topu penalti ilə mən qapıdan keçirdim. Səfər oyununda isə sizin klubunuz toparlanmışdı və daha yaxşı mübarizə apararaq bizimlə 2-2 hesabı ilə bərabərə qaldı. Azərbaycanlıların heyətində bir neçə texnikalı futbolçu var idi. İndi adlarını xatırlamıram. Cavab matçında onlar bizə başağrısı oldu. Sonra biz "Siqma”nı məğlub etdik, bizi bu yarışdan o dövrdə çox güclü olan "Monako” kənarlaşdırdı. Sonra fransızlar yarımfinala qədər irəlilədi”.
Qeyd edək ki, rusiyalı sabiq qapıçı karyerasını bitirdikdən sonra Polşada qalaraq məşqçi kimi çalışır.
Oxşar xəbərlər
26 il sonra böyük futbol Buzovnaya qayıtdı
Rahil Məmmədov "LKS Lodz"un heyətində debüt etdi - FOTO
Arda Gülər debüt etdi, oyunun ən yaxşısı oldu
Baş məşqçi Mahirdən danışdı - "Emrelinin gözəl zərbəsindən sonra fərqi azaltdıq"
"Qarabağ"ın sabiq futbolçusu:”Bakıdan yalnız onunla danışıram...”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası