reklam
26 il sonra böyük futbol Buzovnaya qayıtdı
Sportfm.az xəbər saytı

26 il sonra böyük futbol Buzovnaya qayıtdı


Bu gün Azərbaycan futbolu üçün əlamətdar gün kimi tarixdə qalacaq. Bəli, məhz bu gün 3 fevral tarixində 26 il sonra Buzovnaya böyük futbol qayıdıb.
Sportfm.az xəbər verir ki, qəsəbə təmsilçisi "Xəzri", 1998-ci ildə "Gənclik" stadionunda sonuncu dəfə rəsmi ev matçında meydana çıxdıqdan sonra dağılmışdı. Aradan keçən 26 il sonra, 1995-ci ildə "Xəzri"nin heyətində yer alan Elman Sultanovun çalışdırdığı və Buzovnanı təmsil edən "Baku Sportinq" hazırlıq qarşılaşmasında, yenilənmiş və təbii ot örtüyünə malik arenada Birinci Liqada çıxış edən "İmişli"ni sınağa çəkirdi. Elşən Abdullayevi transfer edərək güclənən Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv, ambisiyalı 2-ci liqa lideri qarşısında tab gətirə bilmədi. Oyun boyu böyük üstünlüyə malik olan "Baku Sportinq" 12-ci dəqiqədə hesabı açdı. 26 il sonra Buzovna stadionunda vurulan qolun müəllifi Ülvi Quliyev oldu. Ev sahibləri ilk yarıda daha bir dəfə rəqib torunu silkələdi. Emil Həsənzadə 35-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət etdi. İlk 45 dəqiqə bu hesabla bitdi. Görüşün ikinci hissəsində - 71-ci dəqiqədə dublunu rəsmiləşdirən Həsənzadəyə, "İmişli" FK-dan 75-ci dəqiqədə Quliyev cavab verdi. Bu qarşılaşmada vurulan son qol oldu - 3:1. Bununla da, "Baku Sportinq" fasilədə keçirdiyi ikinci hazırlıq matçından da(İlk oyun "Sabah"U-19 4-3) qalib ayrıldı.
Qeyd edək ki, hazırda 2-ci liqada turnir cədvəlinə başçılıq edən "ağ-göylər" ən yaxın izləyicisini 7 xal qabaqlayır.
26 il sonra böyük futbol Buzovnaya qayıtdı
26 il sonra böyük futbol Buzovnaya qayıtdı
26 il sonra böyük futbol Buzovnaya qayıtdı

Oxşar xəbərlər

Türkmənistan təmsilçisi Bakıda qalib gəldi
“Baku Sportinq” üçdə üç etdi!
“Baku Sportinq” “Sabah”a 4 top vurdu
"Baku Sporting" Premyer Liqada çıxış edən futbolçu ilə gücləndi
“Baku Sportinq”ə 1 qol bəs etdi - II Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər