reklam
Jalə Qaratova millidən getdi -
Sportfm.az xəbər saytı

Jalə Qaratova millidən getdi -Misirdə çalışacaq


Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Jalə Qaratova karyerasını ölkə xaricində davam etdirəcək.

Sportfm.az xəbər verir ki, 26 yaşlı mütəxəssis Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb.

Sözləşməyə əsasən, Qaratova bu ölkənin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşdıracaq.

Qeyd edək ki, J.Qaratova 2009 - 2013-cü illərdə bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü olub. O, idmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Qaratovanın yetirmələri Avropa Çempionatının mükafatçıları olub və Dünya Çempionatının finalına vəsiqə qazanıb.

Oxşar xəbərlər

Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Ağalarov Bakıda keçiriləcək dünya çempionatının açılışında çıxış edəcək
Bakıda Avropa çempionatının mükafatlandırma mərasimi keçirildi - FOTO
Bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər