reklam
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Sportfm.az xəbər saytı

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək


Dekabrın 6-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparacaqlar. İdmançılar arasında “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” klubu, “Zirvə” beynəlxalq idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, “Zabrat” idman klubu, həmçinin Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri çıxış edəcəklər.

Turnirin sonuncu günündə bölgələrarası kubok yarışları start götürəcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxışlarını yerinə yetirəcəklər.

 

Oxşar xəbərlər

Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Aerobika üzrə paytaxt çempionatı keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürdü
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər