reklam
Bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı
Sportfm.az xəbər saytı

Bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı


Mayın 16-19-da Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının martın 2-də püşkü atılıb.

Sportfm.az xəbər verir ki, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Bakıda Avropa çempionatının mükafatlandırma mərasimi keçirildi - FOTO
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı start götürdü
MGA-da 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər