reklam
Sportfm.az xəbər saytı

"Zirə"yə çempion olmaq üçün gəlmişəm" -Pahtman


"Bura gəlişimə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Zirə"nin braziliyalı yeni transferi Filipe Pahtman ölkəsinin "Uol" nəşrinə açıqlamasında deyib.

21 yaşlı hücumçu Azərbaycan təmsilçisinə tez uyğunlaşacağını bildirib: "Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Bu səbəbdən, komandaya tez uyğunlaşacağıma inanıram".

Oyunçu çempionluqla bağlı iddialı danışıb: "Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. "Zirə"nin çempion olmasına kömək etmək üçün buraya gəldim".

Qeyd edək ki, Filipe Paxtman "Zirə" ilə 6 ay + 3 illik müqavilə imzalayıb. Komanda hazırda Azərbaycan Premyer Liqasında 23 xalla 3-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Zirə"nin yeni transferi Bakını tərk etdi - Müəyinə üçün
"Zirə"də yeni hücumçu - RƏSMİ
"Təcrübəmlə "Zirə"yə kömək edə biləcəyəm" - Riçard Almeyda
"Rəşad Sadıqov tələbkar məşqçidir" - Şəhriyar Rəhimov
"Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər