reklam
Sportfm.az xəbər saytı

"Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm"


Artıq yeni komandama uyğunlaşmışam. Hazırlıqlarımız da yaxşı keçir. Kollektivimizlə xoş ünsiyyətdəyəm. Futbolçularımıza təşəkkürümü bildirirəm ki, məni yaxşı qarşıladılar. Tanıdıqlarım da var idi. Legionerlərlə isə hələ tanış olmamışam

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin yeni transferi Mirsahib Abbasov deyib. 25 yaşlı yarımmüdafiəçisi qış fasiləsində "Sumqayıt"ı yox, Ayxan Abbasovun baş məşqçi olduğu komandanı seçməsinin səbəbini açıqlayıb:

"Zirə"ni seçməyimin bir çox səbəbi var. "Sumqayıt"ın təklifi ilə razılaşmadım. Çünki ciddi deyildi, mənə yarım illik müqavilə təklif etmişdilər. "Zirə"ə də isə 1,5 il çıxış edəcəyəm. Əvvəlcə yarım il icarə əsasında, sonra isə 1 illik müqavilə. Düzü, bu komandaya qarşı simpatyam da var".

"Keşlə"dən komandanın adının xoşagəlməz hadisələrdə hallanması ilə əlaqədar ayrılmadığını deyən Abbasov iddialı kluba keçdiyini vurğulayıb:

"Bu komanda ilə avrokuboklarda oynamaq istəyirəm. Ən başlıca hədəflərimizdən biri də budur. Daha bir istəyim isə "Neftçi"də çıxış edən qardaşım Mirabdulla Abbasovla milli komandada oynamaqdır". 

Oxşar xəbərlər

"Keşlə"dən ayrılmaq mənim üçün çətin oldu" - Azər Salahlı
“Azarkeşləri xoşbəxt etmək üçün əlimdən gələni edəcəyəm” - Sezar Meza Kolli
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
“Zirə”də 6 ayrılıq
Abbasov seçim qarşısında qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər