reklam
Sportfm.az xəbər saytı

"Rəşad Sadıqov tələbkar məşqçidir" -Şəhriyar Rəhimov


"Zirə"yə keçidimdə qeyri-adi bir şey baş vermədi. Mənə təklif göndərdilər, fikirləşdim və qərar qəbul etdim".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Zirə"nin yeni tranferi Şəhriyar Rəhimov deyib. 31 yaşlı müdafiəçi "Səbail"dən ayrılmaq üçün xüsusi səbəbinin olmadığını bildirib. Rəhimov karyerasında dəyişiklik etmək istəyi ilə bu addımı atdığını söyləyib: "Mənim üçün "Səbail"də hər şey yaxşı idi. İlk ilimdə Avropa Liqasına da vəsiqə qazandıq. Sadəcə, karyeramda dəyişiklik etmək qərarına gəldim".

Təcrübəli futbolçu qəsəbə təmsilçisinin yeni baş məşqçisi Rəşad Sadıqov barədə də danışıb: "Sadıqov çox tələbkar və nizam-intizama fikir verən baş məşqçidir. Bu isə komandanın yaxşı formalaşmasında çox vacib amildir. "Zirə"nin hazırkı məqsədi əzmkar komanda qurmaqdır. Hamıya bəllidir ki, klubda çoxlu dəyişikliklər olub. İnanıram ki, qarşıdakı mövsüm bizim üçün uğurlu olacaq".

Azərbaycan millisinin futbolçusu komandanın yeni baş məşqçisi Canni De Byazi haqqında isə bunları deyib: "Onun təyinatı barədə qabaqcadan hər hansı fikir səsləndirmək çətindir. Öz işini Albaniya millisində göstərib. Məncə, yeni baş məşqçi yığmada uğurlu ola bilər".

Rəhimov daimi olaraq milli komandaya dəvət almaq istədiyini sözlərinə əlavə edib: "Hər bir futbolçu yığmada çıxış etmək istəyir. Bunun üçün daim yaxşı formada olmaq lazımdır. Əlimdən gələni edəcəyəm ki, klubda özümü müsbət tərəfdən göstərim, həm komandama xeyir verim, həm də milliyə dəvət alım". (Report)

Oxşar xəbərlər

"Keşlə"dən ayrılmaq mənim üçün çətin oldu" - Azər Salahlı
"Qarşıma hansısa hədəf qoymağı sevmirəm" - Rəşad Sadıqov
"Millətlər Liqasında hər xal qızıla bərabər olacaq" - Şəhriyar Əliyev
Rəşad Sadıqov "Zirə"də - "Klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”
Rəşad Sadiqov karyerası ilə bağlı mühüm qərar verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər