Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Portuqaliya yığmasında problem -Millimizlə matçdan əvvəl
Futbol üzrə Portuqaliya yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi oyundan əvvəl problemlə üzləşib.
Sportfm.az xəbər verir ki, bu, yığmaya İngiltərə Premyer Liqası klublarından cəlb olunan oyunçuların geri dönüşdə karantinə alınacaqları ilə əlaqədardır.
Hazırda İngiltərə Premyer Liqasında 18 portuqaliyalı oyunçu var. Onlardan 10-u 2020-ci il noyabrın 17-də səfərdə Xorvatiyanı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının oyununda iştirak edib.
Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Millətlər Liqasının qalibi məlum olacaq
Azərbaycan – Portuqaliya matçı BOS-da
Portuqaliya - Azərbaycan matçının yeri dəyişdiriləcək - Koronavirusa görə
Portuqaliya - Azərbaycan matçının stadionu bilindi - DÇ-2022
Portuqaliya Millətlər Liqasının qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası