reklam
Portuqaliya - Azərbaycan matçının yeri dəyişdiriləcək -
Sportfm.az xəbər saytı

Portuqaliya - Azərbaycan matçının yeri dəyişdiriləcək -Koronavirusa görə


Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər matçının yeri dəyişdirilə bilər.

Sportfm.az xəbər verir ki, buna səbəb pireneylilərin aparıcı oyunçularının sözügedən matçda iştirak edə bilməməsidir.

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular ölkədə koronavirusla bağlı tətbiq olunan səyahət məhdudiyyətlərinə görə yığmadan kənarda qala bilərlər. Çünki həmin oyunçular millinin düşərgəsindən qayıtdıqdan sonra karantinə alınacaqlar ki, bu da klubların narazılığına səbəb olur.

Vəziyyətdən çıxış yolu axtaran Portuqaliya Futbol Federasiyası oyunun başqa ölkədə keçirilməsi variantını nəzərdən keçirir.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı martın 24-də keçiriləcək.

Oxşar xəbərlər

Roberto Martinez Portuqaliya millisində - Rəsmi
Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı - DÇ-2022
Millimizin oyunu Turində keçiriləcək - Ronaldoya görə
Qətər - Azərbaycan matçının yeri açıqlandı - Dünya çempionatı
Portuqaliya yığmasında problem - Millimizlə matçdan əvvəl

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər