reklam
Portuqaliya - Azərbaycan matçının stadionu bilindi -
Sportfm.az xəbər saytı

Portuqaliya - Azərbaycan matçının stadionu bilindi -DÇ-2022


DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu açıqlanıb.

Sportfm.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında matçın paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib.

Funksioner bu xəbəri elan etməkdən məmnunluq duyduğunu söyləyib: "Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək".

Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Oxşar xəbərlər

Millimiz Portuqaliyaya qarşı - DÇ-2022
"Təəssüf ki, Azərbaycanla İtaliyada oynayacağıq" - Fernandu Santuş
Qətər - Azərbaycan matçının yeri açıqlandı - Dünya çempionatı
Portuqaliya yığmasında problem - Millimizlə matçdan əvvəl
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər