reklam
UEFA Millətlər Liqasının qalibi məlum olacaq
Sportfm.az xəbər saytı

UEFA Millətlər Liqasının qalibi məlum olacaq


Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.

İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.

İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Yuventus" stadionunda gerçəkləşəcək.

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Final

22:45. İspaniya - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Oxşar xəbərlər

Millətlər Liqasının qalibi məlum olacaq
Final matçı ingiltərəli hakimlərə həvalə edildi - Millətlər Liqası
İspaniya yığmasının finaldakı rəqibi müəyyən olacaq - Millətlər Liqası
Final mərhələsinin püşkü atıldı - UEFA Millətlər Liqası
PSJ "Atalanta"ya qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər