“Azərbaycandan uğurlu nəticə ilə qayıda bilərik” -Millinin qapıçısı
Futzal üzrə Slovakiya millisinin qapıçısı Marek Karpyak Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiricəkləri matç barədə fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, 24 yaşlı qapıçı Bakıya yaxşı nəticə üçün gələcəklərini bildirib:
“Rəqib həqiqətən güclüdür. Bununla belə, vəzifənin öhdəsindən gələ biləcəyimizi fikirləşirəm. Sadəcə, 3 aparıcı futzalçımız bizə kömək edə bilməyəcək. Yaxşı nəticə qazanmaq üçün sonadək mübarizə aparacağıq”.
Karpyak müdafiədə diqqətli oynamalarının vacibliyini vurğulayıb: “Rəqibin oyun üslubunu analiz etmişik. Fikrimcə, onlarla oynamaq olar. Xüsusilə müdafiədə ehtiyatlı olmalıyıq. Bunu edə bilsək, qol vurub uğurlu nəticə ilə qayıda bilərik”.
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 18:00-da start veriləcək.
Oxşar xəbərlər
"Azərbaycan millisinə qarşı müdafiədən oynayacağıq" - M.Berki
“Sürpriz”lə qarşılaşa bilərik” - Rövşən Hüseynli
Rəqib baş məşqçi: Azərbaycan millisi uğurlu nəticə qazanacaq
Qurban Qurbanov:"Futbolçularım üz üzərlərinə düşən yükün öhdəsindən gələcək"
Hallidey: "Afinadan sərfəli nəticə ilə qayıda bilərik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası