reklam
Hökumətdən
Sportfm.az xəbər saytı

Hökumətdən "Tokio-2020" açıqlaması -Tarix dəqiqləşdi


Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı yekun qərarın veriləcəyi tarix müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori "Nishinippon Shimbun" qəzetinə müsahibəsində bildirib.

O, qərarın martın 25-də Olimpiya məşəli estafetinin başlanacağı tarixdə veriləcəyini deyib.

Oyunların tamaşaçısız keçirilməsinin mümkünlüyündən danışan Mori bununla bağlı martın sonunda dünyadakı koronavirusla bağlı vəziyyəti analiz etdikdən sonra qərar verilə biləcəyini qeyd edib.

Yaponiya hökuməti isə Olimpiya Oyunlarının bu yay keçirilməsindən ötrü koronavirusun yayılmasına qarşı bütün tədbirləri gördüyünü bəyan edib. 

Qeyd edək ki, "The Times" nəşri Yaponiya hökumətinin Tokio olimpiadasını ləğv etmək istədiyini yazıb. "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Oxşar xəbərlər

Yaponiya imtina etdi - Tokio-2020
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
Tokio olimpiadası ləğv edilə bilər
Olimpiadanın taleyi bilinəcək - Tarix müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər