Olimpiadanın taleyi bilinəcək -Tarix müəyyənləşdi
Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası fonunda Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ətrafındakı vəziyyəti martın 31-də müzakirə edəcək.
Sportfm.az xəbər verir ki, telefonla aparılacaq növbədənkənar iclasda IOC prezidenti Tomas Bax, Yaponiyanın baş naziri Sindzo Abe, Tokio qubernatoru Yuriko Koike və Tokio-2020 Təşkilat Komitəsinin sədri Yosiro Mori iştirak edəcək.
Martın 22-də IOC Oyunlarla bağlı qərarı 4 həftə ərzində qəbul edəcəyini açıqlayıb. Lakin tərəflərin bu müddəti gözləməyəcəkləri bildirilir. Abe adi formatda keçirməyin mümkünsüzlüyü təqdirində, olimpiadanın təxirə salınma variantının olduğunu söyləyib. O, hazırkı şərtlərin yarış keçirməyə uyğun gəlmədiyini də əlavə edib.
Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqusta planlaşdırılıb.
Oxşar xəbərlər
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
Hökumətdən "Tokio-2020" açıqlaması - Tarix dəqiqləşdi
Tokio olimpiadasının proqramı təsdiqləndi
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası