• 10:45 Çərşənbə axşamı
    26 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Azərbaycan mənim üçün çox yaxşı seçim olub” - Xulio Sezar Rodriqes

“Sabah”ın hücumçusu Xulio Sezar Rodriqes müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

Xulio, mövsümün ilk dövrəsini necə dəyərləndirirsən və təlim-məşq toplanışınız necə gedir?

Fikrimcə, hələ düzəldəcəyimiz, yaxşılaşdırmalı olduğumuz çox şeylər var. Hazırda hazırlığın ilk həftəsidir, buna görə də, deyəcəyim çox şey yoxdur.

“Sabah” Premyer Liqada ən güclü heyəti olan komandalardandır, lakin turnir cədvəlindəki mövqeyiniz tamam fərqlidir. Sonuncu sırada olmağınızın səbəbi nədir?

Sonuncu olmağımıza səbəb çoxlu xallar itirməyimizdir, hansılar ki, xal itirməməliydik. Buna baxmayaraq, turnir cədvəlində yuxarıda olan komandalardan çox da geri qalmırıq.

Komandanın baş məşqçisi Visente Qomes xal itirilməsinə səbəb kimi hücumda qol vura bilməməyinizi göstərir. Hücumçu olaraq sən bu haqda düşünürsən, niyə qol vura bilmirsiz?

Bu mövzuda hər kəsin öz fikri ola bilər. Hər kəsin özünə görə müxtəlif variantları ola bilər. Mən bu haqda fikrimi, rəyimi özümdə saxlayıram.

“Sabah”ın hücum xəttində səninlə yanaşı, Ramil Şeydayev, Kevin Kubemba, Ulise Diallo var və heyətə yeni forvard da cəlb olundu. Rəqabətdən çəkinmirsən?

Oynadığım bütün komandalarda hər zaman rəqabətdə olmuşam. Hazırda “Sabah”da da digər komanda yoldaşlarımla birgə sağlam rəqabətdəyəm.

Premyer Liqadakı hücumçular arasında özünə əsas rəqib kimi görürsən?

Hücumçular arasında “Qarabağ”dan Mahir Emrelini xüsusilə qeyd etmək istərdim. O, hər zaman fərqlənməyi bacaran, güclü və yaxşı futbolçudur.

2019-cu ilin yanvarından Azərbaycandasan. Bakıya ilk gəlişini necə xatırlayırsan?

Bura gəldiyimdən bəri hər zaman demişəm ki, Azərbaycan mənim üçün çox yaxşı seçim olub. Özümü burda çox rahat və xoşbəxt hiss edirəm.

Keçmiş komandan “Zirə” ilə hazırda formasını geyindiyin “Sabah” arasında nə kimi fərqlər var?

Şəxsən mənim özüm üçün heç bir fərq yoxdur. Hər iki klubda mənə çox yaxşı münasibət göstəriblər. Hər iki klubda da olanda ətrafımdakı insanlarla yaxşı münasibətim olub. Hazırda bütün komanda yoldaşlarımla münasibətim yaxşıdır, bəziləri ilə də daha çox danışır, vaxt keçirirəm.

Geridə qalan müddətdə səninlə maraqlanan klublar olubmu?

İnkar etmək istəmirəm, mənimlə maraqlanan klublar var idi, ancaq “Sabah”la olan müqaviləmin sonuna qədər burda qalmaq istədim. Hazırda yalnız komandamın oyunlarına köklənmişəm. Müqaviləmin müddəti bitdikdən sonra bu məsələlər haqda düşünmək olar.

Premyer Liqada hədəfləriniz nədir?

Mövsümün hələ yarısındayıq. Qışdan sonra hazırda düşdüyümüz vəziyyəti düzəltməkdən başqa çarəmiz yoxdur. (Komanda.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

13-01-2021
46
REKLAM
Etketlər
#yaxşı, #Hazırda, #zaman, #haqda, #yoxdur, #arasında, #Premyer, #hazırda, #kəsin, #Liqada, #turnir, #sonra, #Sonuncu, #nədir, #səbəb, #klublar, #bilər, #burda, #səninlə, #komanda
DİGƏR XƏBƏRLƏR
28-12-2020
"İlin son oyunu dramatik, maraqlı, həm də çox çətin alındı" - “Qarabağ”ın Patriki
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
17-11-2020
“Azərbaycan ordusunun uğuru orda yaşayan erməniləri narahat edirdi” -
“Azərbaycan ordusunun uğuru orda yaşayan erməniləri narahat edirdi” - Nurlan Novruzov
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
25-02-2020
"Əsas məqsədim Avropaya getməkdir" - Ramil Şeydayev
8-12-2019
"10 azərbaycanlı ilə oynayacam" - Jelko Sopiç
27-11-2019
Ömər Buludov 12-ci turun rəmzi komandasında -
Ömər Buludov 12-ci turun rəmzi komandasında - FOTO
27-11-2019
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
22-10-2019
“Sabah” – “Zirə”: 6-cı qarşılaşma
“Sabah” – “Zirə”: 6-cı qarşılaşma
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
14-05-2019
Xulio Sezar
Xulio Sezar "Qarabağ"ın futbolçularını arxada qoydu
14-01-2019
"“Sabah”da olmaq mənim üçün bir şərəfdir" - Coşqun Diniyev
15-10-2018
"Övladımın Azərbaycan vətəndaşlığı olacaq" - Adrian Skarlatake
11-04-2018
Şahin Diniyev:
Şahin Diniyev: Heç onunla danışıq aparmırlar
30-10-2017
Dieqo Simeone:
Dieqo Simeone:"Sabahkı oyun hamımız üçün vacibdi"
  Xəbər Lenti
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 26.01.2021, 10:43
“Atletik”dən böyük hesablı qələbə - La Liqa 26.01.2021, 09:42
10 ilin rəmzi komandası - Messi, Ronaldo və Levandovski 26.01.2021, 09:37
"Fənərbaxça" qələbə qazandı - Türkiyə Super Liqası 25.01.2021, 23:05
“Sabah” 1-2 “Kəpəz” - VİDEO 25.01.2021, 20:34
"Qaradağ Lökbatan" - "Zirə" - VİDEO 25.01.2021, 19:49
"Kəpəz"dən sensasiya - Azərbaycan Kuboku 25.01.2021, 19:20
“Qalatasaray”ın yeni transferi - RƏSMİ 25.01.2021, 18:32
"Zirə" 1/4 finalda - Azərbaycan Kuboku 25.01.2021, 18:29
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
16-01-2021
“Turan Tovuz” futbol akademiyası açıldı -
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO
18-01-2021
Özil İstanbulda -
Özil İstanbulda - FOTO
19-01-2021
"İlk məşqimiz adama yuxu kimi gəlirdi" - Yığmamızın qapıçısı
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb