• 09:49 Bazar
    24 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov

“Neftçi” klubunun kapitanı Emin Mahmudov müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

Emin, artıq Premyer Liqada qış fasiləsidir. Geridə qalan 13 turda komandanın çıxışını necə dəyərləndirirsən?

Pis olmadı. Əlbəttə, daha çox xal yığmaq istəyirdik, lakin çətin startdan sonra özümüzü toparladıq və yaxşı nəticələr qazandıq.

Son olaraq “Keşlə” üzərində də çətin qələbə qazandız. Oyun haqda fikirlərin necədir?

İlk hissədə hər şey çox da istədiyimiz kimi alınmadı. İkinci hissədə çoxlu qol imkanları yaratdıq və qələbə qazandıq. Daha çox qol vura bilərdik, lakin əsas olan qələbədir.

Mövsümə qələbə ilə başlasaz da, sonrakı turlarda uğursuzluq yaşadız. “Qarabağ”a 0:6 hesablı məğlubiyyət də komandada baş məşqçi dəyişikliyinə gətirib çıxardı. Həmin vaxtda komandanın çalışdırıcısı Füzuli Məmmədovun “Neftçi”sində çatışmayan nə idi?Füzuli müəllimdə nə çatmadı deyə bilmərəm. Bilmirəm, niyə alınmadı. Bəzi oyunlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Yenə də, əsas olan nəticə idi. Füzuli müəllimə bizimlə çalışdığına görə təşəkkür edir, ona uğurlar arzu edirəm.

Füzuli Məmmədov oyunlardan sonra təşkil olunan mətbuat konfrsanlarında futbolçularda istək olmadığını, onları oyunlara kökləməkdə çətinlik çəkdiyini qeyd edirdi. Komanda daxilində nə baş verirdi?

Deyə bilmərəm ki, bizdə istək yox idi. Sadəcə, oyunumuz alınmırdı.

Bəs Samir Abasovun gəlişindən sonra nə dəyişdi ki, komanda dörd oyunda üç qələbə qazandı?

Əvvəlcə taktika dəyişdi və nəticələr gəlməyə başladı. Hazırda biz qələbələrimizi sıralayırıq və əsas olan da budur.

Emin, bu mövsüm Premyer Liqada 9 oyuna 4 məhsuldar ötürmə vermisən. Öz oyununu necə qiymətləndirirsən?

Dayaq yarımmüdafiəçisi üçün pis nəticə deyil. Füzuli müəllimin vaxtında daha çox arxada oynayırdım. Mənim işim top saxlamaq, arxada qalmaq və komandanı əks-hücuma çıxarmaq idi. Samir müəllimin gəlişindən sonra daha çox irəli çıxıram. İnşallah, bunun nəticəsində daha çox qol vurub, məhsuldar ötürmə edəcəm.

Yaxşı formada olsan da, bəzən milliyə çağırılmır, çağırılsan da, heyətdən kənarda qalırsan. Səncə, səbəb nədir?

Bu haqda heç nə deyə bilmərəm.

Özünə də maraqlı gəlmirmi ki, yığmaya oynamayan futbolçular dəvət alır, ancaq sən yox?

Mənim işim meydanda futbol oynamaqdır və məşqçilərin işinə qarışmaq istəmirəm. Hər məşqçinin öz fikri, öz taktikası var və buna uyğun da futbolçular seçir.

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şansını necə dəyərləndirirsən?

Çətin qrupa düşmüşük. Çünki rəqiblər bizdən yaxşıdır. Düşünürəm ki, biz də əlimizdən gələnin maksimumunu edəcəyik.

Uzun müddətdir “Neftçi” ilə Premyer Liqada çıxış edirsən. Gəldiyin gündən bu vaxta Azərbaycan futbolunda nələr dəyişib?

Çox dəyişiklik olmayıb. Bircə ot örtüyü yaxşılaşıb. Mən təzə gələndə süni ot örtüklü meydançalar çox idi.

Bəs Azərbaycan Premyer Liqasının səviyyəsi necə?

Elə də ciddi fərq olduğunu düşünmürəm. Aşağı-yuxarı eyni səviyyədir.

“Neftçi” ilə bu mövsümdə hədəflərin nədir?

Əsas məqsədimiz növbəti oyunlarda qələbə qazanmaqdır. May ayında baxarıq, görək nə qazandıq, nə bacardıq. (komanda.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

27-12-2020
59
REKLAM
Etketlər
#qələbə, #Fzuli, #Premyer, #sonra, #Azərbaycan, #qazandıq, #Liqada, #Nefti, #bilmərəm, #futbolular, #alınmadı, #hissədə, #arxada, #haqda, #nədir, #nəticələr, #yaxşı, #məhsuldar, #lakin, #nəticə
DİGƏR XƏBƏRLƏR
21-12-2020
"Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" - Emin Mahmudov
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
22-09-2020
"Azərbaycan futbolunda səviyyəli legioner görmək çətindir” - Cavid Hüseynov
9-02-2020
"Roberto Bordinin gedişindən sonra..." - Aqil Məmmədov
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
12-07-2019
"İlk dəfə idi belə topla oynayırdım" - Emin Mahmudov
20-04-2019
"Bizim oyunlarımız gərgin, əsəbi alınır" - Emin Mahmudov
6-10-2018
“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
12-08-2018
Emin Mahmudov:
Emin Mahmudov:"Amma sonra gördüm ki..."
28-04-2018
"Hücum xəttindən razı qala bilmərəm" - Tərlan Əhmədov
16-04-2018
Emin Mahmudov: Oynamaq daha asan oldu
Emin Mahmudov: Oynamaq daha asan oldu
9-04-2018
Mirabdulla Abbasov:
Mirabdulla Abbasov: Uduza da bilərdik
8-03-2018
"Kəpəz"in yeni transferi: Bizdən əvvəl heyətdə olan oyunçular zəif olub
16-11-2017
İlqar Qurbanov:
İlqar Qurbanov: "Millidə mənim kimi futbolçuya ehtiyac var"
21-10-2017
Emin Mahmudov:
Emin Mahmudov: ""Neftçi" kimi komanda aşağı pillələrdə olmamalıdı"
  Xəbər Lenti
"Roma" - "Spezia" 4:3 - VİDEO 23.01.2021, 21:30
Salahlı 100-ə çatdı - Premyer Liqa 23.01.2021, 20:40
Salahlı 100-ə çatdı - Premyer Liqa 23.01.2021, 20:40
"Borussiya" M - "Borussiya" D 4:2 - VİDEO 23.01.2021, 19:10
67-ci oyun, 20-ci rəqib 23.01.2021, 18:43
Ronaldo 6 milyondan imtina etdi - Messidən cavab yoxdur 23.01.2021, 18:36
"Qarabağ"ın 400-cü səfər oyunu 23.01.2021, 17:52
"Çelsi"nin oyunçusu "Milan"da - RƏSMİ 23.01.2021, 17:30
“Hər saniyədən maksimum istifadə etməliyik” - Joze Alesio Da Silva 23.01.2021, 16:33
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
16-01-2021
“Turan Tovuz” futbol akademiyası açıldı -
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb