"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" -Jelko Sopiç
"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç klubun saytına açıqlama verib.
Sportfm.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəmiz, kluba keçidi və gələcək hədəfləri barədə danışıb:
“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim. Çünki son mövsümdə BƏƏ-nin “Əl-Əyn” komandasında köməkçi məşqçi kimi çalışırdım və bu komanda ilə klubun tarixində ilk dəfə ölkə çempionluğunu və kubokunu qazanmışdıq. Növbəti il isə bu klubun U-21 komandası ilə 7 illik fasilədən sonra ilk çempionluğu qazandıq. Ən əsası isə U-21-in 5 futbolçusu əsas komanda ilə müqavilə bağladı.
Daha sonra “Sabah”dan təklif gəldi. Azərbaycan barədə çox şey bilmirdim. Ancaq bura gəldikdən sonra qısa müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, bura gözəl və sakit ölkədi. Buranın əhalisi çox yaxşı və mehribandır.
“Sabah” gənc klub olmasına baxmayaraq, Azərbaycanın yüksək liqasında mübarizə aparır. Prezidentlə söhbətdən sonra klubun gənc futbolçularla bağlı gələcək planları, həmçinin Premyer Liqadakı hədəfləri məni cəlb etdi. Komanda keçən mövsümü 7-ci pillədə başa vurub. Bizim əsas hədəfimiz daha yaxşı nəticələr əldə etməkdir. “Sabah” kimi gənc və hədəfləri olan klubda çalışmaq mənim üçün yeni çağırışdır. Klubun inkişafı üçün birlikdə mübarizə aparacağıq. Uğur üçün bütün diqqətimizi yaşıl meydana yönəltməli, gələcək oyunlarımıza köklənməliyik. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edər və qələbə sevinci yaşayarıq”.
Oxşar xəbərlər
"Bura gəldiyimə görə xoşbəxtəm” - Almaniyalı futbolçu
"Arzuladığımız uğurları qazanacağıq” - "Sabah"ın yeni transferi
Bakı klubu ispaniyalı məşqçi ilə müqavilə bağladı - RƏSMİ
Şopiç komandasının daha yaxşı yerdə olacağına inanır
"Sabah"da xorvatiyalı baş məşqçi - təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası