• 01:04 Bazar
    11 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Bu çempionat düşünüldüyü qədər asan deyil" - Ozan Can Kökçü

İcarə əsasında Niderlandın “Telstar” komandasında çıxış edən, müqavilə ilə “Sabah” klubuna məxsus olan Ozan Can Kökçü müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

Ozan, Niderlandda vəziyyət necədir, yeni komandana uyğunlaşa bilmisən?

Vəziyyət yaxşıdır, komandada ciddi itkilərimiz olsa da, mübarizə aparmaq üçün gücümüz var. Əlbəttə, uyğunlaşmışam və komanda yoldaşlarımın çoxu keçmiş komanda yoldaşlarım və ya tanıdıqlarımdır. Şükürlər olsun, hər şey yolundadır.

Elə futbola da məhz Niderlandda başlamısan, karyeranın böyük bir hissəsi bu ölkə ilə bağlıdır. Keçmişdən bu günə Niderland futbolunda hansı dəyişiklikləri hiss edirsən?

Bu ölkədə futbol və həyat səviyyəsi fərqlidir. Düşünürəm ki, artıq arada olan fərqi bağlaya bilmişəm. Burda keçirəcəyim vaxtın mənə fayda verəcəyini hiss edirəm.

Artıq “Telstar”da 6 oyuna çıxsan da, fərqlənməyi bacarmamısan.

Bəli, fərqlənə bilərdim, şanslarım da var idi. Lakin bu çempionat düşünüldüyü qədər asan deyil.

Baş məşqçinizin səninlə bağlı fikirləri necədir?

Baş məşqçimizin mənə olan inamı tamdır. Qarşıda 12 oyunumuz var, yaxşı olacağına inanırıq.

Turnir cədvəlində 9-cusuz. Niderlandın yüksək liqasına – Erediviziyaya vəsiqə qazanmaq şanslarınız necədir?

Bəli, bayaq da dediyim kimi, zədəlilərimiz var. Futbolda hər an qəribə şeylər yaşana bilər. Qarşıda oyunlarımız var, hər şey ola bilər.

Ozan, Azərbaycan Premyer Liqasını izləyirsən?

Təbii ki, hər zaman komandamın – “Sabah”ın oyunlarını izləyirəm.

“Sabah”ın bu mövsümkü çıxışını necə qiymətləndirirsən? Komanda turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Bu, futboldur, hər şey mümkündür. “Sabah”ın futbolçuları pis oynamır, lakin bir az bəxtə ehtiyacları var. Komanda yoldaşlarıma inanıram, inşallah, mövsümün sonunda daha yaxşı yerdə olacaqlar.

Bakı və burdakı komanda yoldaşların üçün darıxırsan?

Bakının yeri qəlbimdə ayrıdır, evimi sevirəm. Bakı və komanda yoldaşlarım üçün darıxıram.

“Sabah” və Azərbaycan milli komandasının nümayəndələrindən səninlə maraqlanan olur?

Əlbəttə, onlarla danışıram.

Mövsümün sonunda geri qayıtmağı düşünürsən, yoxsa ölkə xaricində başqa bir kluba getmək istəyirsən?

Mən “Sabah” klubunun futbolçusuyam və bura – Niderlanda futbolumu inkişaf etdirmək üçün gəlmişəm. Digər məsələlər menecerim və klubumun işidir. Mənim işim futbol oynamaqdır. (komanda.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

3-03-2021
76
REKLAM
Etketlər
#komanda, #necədir, #Sabahın, #Sabah, #Əlbəttə, #yoldaşlarım, #Komanda, #Azərbaycan, #bilər, #səninlə, #futbol, #Niderlandda, #Niderlandın, #sonunda, #Qarşıda, #yaxşı, #bəxtə, #ehtiyacları, #mvsmk, #ıxışını
DİGƏR XƏBƏRLƏR
20-01-2021
"Bu klubu yaxşı tanıyıram" - Millimizin futbolçusu
13-01-2021
"Azərbaycan mənim üçün çox yaxşı seçim olub” - Xulio Sezar Rodriqes
6-01-2021
"Yoluxma ən çox “Sumqayıt”da olmuşdu" - Yunis Hüseynov
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
25-08-2020
"Futbolçudan əvvəlki performansını tələb edə bilmərik" - Qurban Qurbanov
22-07-2020
“Ürəyim partlayırdı ki, insanlar orada vətən üçün döyüşür, mən də burada oturmuşam və əlimdən bir şey gəlmir” -
“Ürəyim partlayırdı ki, insanlar orada vətən üçün döyüşür, mən də burada oturmuşam və əlimdən bir şey gəlmir” - Amit Quluzadə
25-02-2020
"Əsas məqsədim Avropaya getməkdir" - Ramil Şeydayev
14-01-2020
""Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı" - Mamadu Kane
27-11-2019
"“Sabah” mənə təklif göndərdiyi zaman bir qədər tərəddüd etmişdim" - Jelko Sopiç
10-09-2019
“Ürəyim “Qarabağ”la döyünür” -
“Ürəyim “Qarabağ”la döyünür” - Reynaldo Silva
20-03-2019
"Bunlara milli komanda lazım deyil" - Kamal Quliyev
22-01-2019
"Öz dilimdə - azərbaycanca danışıram" - Peyman Babayi
28-11-2018
""Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir" - Slavko Braliç
24-02-2018
Özünü “Rostov”da əla hiss edir -
Özünü “Rostov”da əla hiss edir - Azərbaycanlı futbolçu
  Xəbər Lenti
"Sabah" 0-0 "Səbail" - VİDEO 10.04.2021, 21:04
"Oyunçular futbola aid hər şeyi göstərdi" - "Sabah"ın baş məşqçisi 10.04.2021, 20:56
"Sabah"ın oyununda böyük dəyişiklik gördük" - Aftandil Hacıyev 10.04.2021, 20:48
Taekvondoçumuzdan gümüş medal - Avropa çempionatı 10.04.2021, 20:27
“Sabah” –“Səbail” matçında qolsuz bərabərlik - Premyer Liqa 10.04.2021, 20:23
“Sumqayıt” – “Neftçi” matçının vaxtı açıqlandı - I Divizion 10.04.2021, 19:30
"Qəbələ" - "Neftçi" - VİDEO 10.04.2021, 19:10
Taekvondoçumuz bürünc medalı təmin etdi - Avropa çempionatı 10.04.2021, 18:25
"Hər iki komanda hücum futbolu sərgilədi" - Elmar Baxşıyev 10.04.2021, 18:21
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb