reklam
Premyer Liqamızda yeni rekord -
Sportfm.az xəbər saytı

Premyer Liqamızda yeni rekord -8 qol


Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının bombardiri olan Namiq Ələsgərov 8 qol vurub.

Sportfm.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi 8 komandanın mübarizə apardığı çempionatlarda qış fasiləsinə qədər ən çox qola imza atan yerli futbolçu olub.

2016/2017 mövsümündən indiki formatda keçirilən yarışda yalnız bir dəfə fasiləyədək daha çox qol vuran oyunçuya təsadüf olunub. Bu, 3 il əvvəl “Qəbələ”də 9 qola imza atmış Baqali Dabodur. Yalnız fransalıdan geri qalan Ələskərov yerli futbolçular arasında ən yüksək göstəriciyə nail olub. O, iki mövsümdə 7, bir dəfə 6 qolla ilk bölümü tamamlayan Mahir Emrelinin nəticəsini arxada qoyub.

2016/2017: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7 qol

2017/2018: Baqali Dabo (“Qəbələ”) – 9 qol, Mahir Emreli (“Qarabağ”), Riçard Qadze (“Zirə”) – 6 qol

2018/2019: Baqali Dabo ("Neftçi"), Mahir Emreli ("Qarabağ") - 7 qol

2019/2020: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt") - 6 qol
Stiven Monroz ("Neftçi"), Mehdi Şərifi ("Sumqayıt") - 5 qol

2020/2021: Namiq Ələsgərov ("Neftçi") - 8 qol, Filip Ozobiç ("Qarabağ"), Mahir Emreli ("Qarabağ") - 7 qol, Əli Qurbani ("Sumqayıt") - 6 qol.

Oxşar xəbərlər

Şeydayev bombardir olan 9-cu yerli futbolçudur - SİYAHI
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
“Neftçi”dən 7-ci, “Qarabağ”dan 6-cı bombardir
Çempionatın bombardiri mükafatlandırdı - FOTO
Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər