reklam
Çempionatın bombardiri mükafatlandırdı -
Sportfm.az xəbər saytı

Çempionatın bombardiri mükafatlandırdı -FOTO


Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. 

Sportfm.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Baqali Dabo çempionatın ən yaxşı bombardiri olub. 27 oyunda 13 qol vuran 30 yaşlı hücumçu Premyer Liqanın ən məhsuldar futbolçusu adına yiyələnib. 

Bu gün keçirilən XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində Daboya ən yaxşı bombardir titulu təqdim olunub. O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı. 

Xatırladaq ki, “Səbail” (V tur), “Kəpəz” (XI tur) və “Səbail”lə (XIII tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (VI tur), “Neftçi” (XII tur), “Keşlə” (XIV tur), “Zirə” (XVI tur), “Səbail” (XVII tur), “Keşlə” (XX tur) və “Sumqayıt”la (XXVII tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

 

Oxşar xəbərlər

Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?
Mövsümün ən erkən qolu Gəncədə vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər