reklam
Baqali Dabo
Sportfm.az xəbər saytı

Baqali Dabo "Qəbələ"nin tarixinə necə düşdü?


Topaz Premyer Liqasının XIII turunun “Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo “Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında “Top-5”ə daxil olub.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu - Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.
Baqali Dabo “Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. “Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu “qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk “Qəbələ”lidir.
“Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, “Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.

Yannik Kamanan - 23.02.2013. “Qəbələ” - “Xəzər Lənkəran” - 2:0

Dodo - 04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0

Baqali Dabo - 25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6 

Gəncədə qazanılan nəticə “Qəbələ”nin tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. “Qırmızı-qaralar” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib. 
“Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan “Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan “qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.

11.11.2007. “Gənclərbirliyi” - “Qəbələ” - 0:6

04.10.2015. “Qəbələ” - “Xəzər Lənkəran” - 6:0

10.09.2016. “Neftçi” - “Qəbələ” - 0:8

25.11.2017. “Kəpəz” - “Qəbələ” - 1:6

Oxşar xəbərlər

“Qəbələ” və “Kəpəz”in 22-ci dueli
“Qəbələ”nin “Kəpəz”lə 21-ci dueli - Misli Premyer Liqası
"Qəbələ"nin növbəti startı
34 futbolçudan 56 dubl
"Qəbələ" və Dabodan məhsuldarlıq rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər