Himn əvəzinə kompozisiya, bayraq əvəzinə ağ parça -Dünya çempionatı
Misirdə keçiriləcək kişilər arasında həndbol üzrə dünya çempionatında Rusiyanın himnindən və bayrağından istifadə edilməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Rusiyanın həndbol federasiyasının direktoru Lev Voronin məlumat verib. Buna səbəb Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya tətbiq etdiyi sanksiyalardır.
O, bildirib ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi ilə razılıq əldə ediblər. Buna görə də, yarışda dövlət himni əvəzinə beynəlxalq qurumla razılaşdırılan kompozisiya səsləndiriləcək.
Bundan başqa, Rusiyanın komandası sözügedən turnirdə bayraq əvəzinə ağ parçadan istifadə etməli olacaq.
Kişi həndbolçular arasında dünya çempionatı yanvarın 13-də başlayacaq və yanvarın 31-dək davam edəcək.
Oxşar xəbərlər
Rusiya dünya çempionatından məhrum edildi - Dopinqə görə
Misir dünya çempionatından imtina etdi - Kütləvi yoluxmaya görə
Millimiz Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək
Şimali və Cənubi Koreya eyni bayraq altında
“AEK Athens”-“Berçem” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası