reklam
Lüis Hemilton ilin idmançısı seçildi -
Sportfm.az xəbər saytı

Lüis Hemilton ilin idmançısı seçildi -Böyük Britaniyada


Böyük Britaniyada 2020-ci ilin ən yaxşı idmançısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, qalib BBC-nin apardığı səsverməyə əsasən bəlli olub.

"Mercedes" komandasında çıxış edən "Formula 1" üzrə 7 qat dünya çempionu Lüis Hemilton ilin idmançısı seçilib. İngiltərə yığmasının və "Liverpul"un futbolçusu Cordan Henderson ikinci, çapar Holli Doyl isə üçüncü olub.

İlin idmançısı seçilməsini özü üçün gözlənilməz sayan Hemilton ona səs verən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Lüis Hemilton bu il 7-ci dəfə dünya çempionu olub və bu göstəricidə almaniyalı Mixael Şumaxerə çatıb.

Oxşar xəbərlər

Hemilton 7 qat dünya çempionu oldu - Uğur
Rusiya Qran-prisinin qalibi məlum oldu
Hemilton 2019-cu ilin ən yaxşı Qran-prilərini açıqladı
Hemilton "Formula-1"in beşqat çempionu oldu
"Formula-1"-də ilin ən yaxşı pilotu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər