reklam
Hemilton 2019-cu ilin ən yaxşı Qran-prilərini açıqladı
Sportfm.az xəbər saytı

Hemilton 2019-cu ilin ən yaxşı Qran-prilərini açıqladı


"Mercedes" komandasında çıxış edən "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton 2019-cu ilin ən yaxşı və pis yarışlarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, britaniyalı pilot Monako Qran-prisini az bəyəndiyini bildirib. Hemilton buna baxmayaraq Almaniyadakı yarışın ən pis turnir olduğunu vurğulayıb.

Son dünya çempionu Meksika və İngiltərədəki yarışların yaxşı, Fransadakı Qran-prinin isə möhtəşəm olduğunu sözlərinə əlavə edib: "Amma hər yarışı xatırlamıram. Braziliyada çox yaxşı deyildi, amma düşünürəm ki, yaxşıları vurğulamaq, mənfi cəhətlərə isə diqqət etməmək lazımdır. Biz komandanın işi ilə fəxr edə bilərik və çalışmağa davam edirik. Növbəti ildə daha uğurlu olmağa çalışacağıq. Amma bu asan olmayacaq".

Qeyd edək ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub.

Oxşar xəbərlər

Britaniya Qran-prisinin qalibi Hemilton oldu
Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
Hemilton Macarıstan Qran-prisinin qalibi oldu
"Azərbaycandakı tras əladır" - Hemilton
"Formula-1"-də ilin ən yaxşı pilotu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər