reklam
Sportfm.az xəbər saytı

"Məncə, tarix ərzində ən zəif millimiz indikidir" -Bəxtiyar Musayev


"Qrupdakı rəqiblərimizə baxmaqdan çox, özümüzə baxmalıyıq. Komandamız ildən ilə geriləyir".

Sportfm.az xəbər verir ki, bu sözləri millimizin veteran futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsində yığmamızın qarşılaşacağı rəqibləri dəyərləndirərkən deyib.

Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.

Təcrübəli mütəxəssis hazırkı yığmanın gələcəyindən çox ümidsiz danışıb: "Komandanın bu yaxınlarda Millətlər Liqasında çıxışını izlədim. Məncə, tarix ərzində ən zəif millimiz indikidir.

Yeni gənclər gəlir, heyət cavanlaşır, amma çox təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bir cavan oynayanda, 3-5 nəfər də heç bir perespektivi olmayanlar milliyə çağrılır.

Böyük geriləmə var. Millimiz ürəkaçan səviyyədə deyil. Yaxşı bir şey də gözlənilmir".(sportinfo.az)

 

Oxşar xəbərlər

"Azərbaycan millisinin güclü çempionatlarda oynayan futbolçuları yoxdur" - Canni De Byazi
Qətər - Azərbaycan matçının yeri açıqlandı - Dünya çempionatı
Yığmamızın rəqibləri məlum oldu - Avropa çempionatı
"Bu qrupda olmaq ideal fürsətdir" - Qətər Futbol Assosiasiyasının prezidenti
Millimizin oyunlarının təqvimi - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər