reklam
Yığmamızın rəqibləri məlum oldu -
Sportfm.az xəbər saytı

Yığmamızın rəqibləri məlum oldu -Avropa çempionatı


U-19 yığmamızın Avropa Çempionatının seçmə mərhələsində rəqibləri məlum olub.

Sportfm.az xəbər verir ki, 8-ci qrupda yer alan millimiz Lüksemburq, Belçika və İspaniya ilə yarışacaq.

Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq. Slovakiya isə ev sahibi kimi birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, turnirin matçları 30 avqust – 16 noyabrda keçiriləcək.

Əlavə edək ki, A millimiz DÇ-2022-nin seçmə mərhələsində, U-17 yığmamız isə Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla rəqib olub.

Oxşar xəbərlər

Millimizin AVRO-2022-dəki rəqibləri bəlli oldu
İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Voleybol millilərimizin rəqibləri bəlli oldu - AVRO-2023
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Azərbaycan yığmasının rəqibləri açıqlandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər