reklam
Sportfm.az xəbər saytı

"Qrupda şansımız ola bilər" -Canni De Byazi


"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq".

Sportfm.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, seçmə mərhələ oyunlarınadək qalan 4 aylıq müddətdən hazırlıq üçün səmərəli istifadə etmək lazımdır: "Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb.

Oxşar xəbərlər

Canni De Byazi Azərbaycanda qalmaq istəmir - Özü açıqladı
"Qrupda öz sözümüzü deyə bilərik" - Canni De Byazi
"Azərbaycan millisinin güclü çempionatlarda oynayan futbolçuları yoxdur" - Canni De Byazi
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər