“Həyəcanverici qrupa düşmüşük” -Baş məşqçi
Futbol üzrə İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Sportfm.az xəbər verir ki, “Sky Sports News”-a danışan Kenni, həyəcanverici qrupa düşdüklərini deyib:
“Həyəcanverici qrupa düşmüşük. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir, Serbiyanın da gücü danılmazdır. Lüksemburq yığması son illərdə inkişaf edib və digər rəqibimiz də Azərbaycan millisidir.
5 komandadan ibarət qrupdur və biz martda 3 oyun keçirəcəyik. Sıx qrafik olmayacaq, buna görə də maraqlı qrupdur.
Yeni macəra başlayır. Bundan əvvəlki vaxtlarda bir çox futbolçu dəvət etmişdik yığmaya, heyətimiz genişlənib. Bu da o deməkdir ki, martda daha güclü olacağıq. Oyunları səbirsizliklə gözləyirik və əsas mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
İrlandiya yığması AÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, Lüksemburq və Azərbaycanla mübarizə aparacaq.
Oxşar xəbərlər
Çətin qrupa düşdük - Arif Əsədov
Qurbanov püşkü dəyərləndirdi - "Maraqlı qrupa düşmüşük"
İrlandiya millisinin Azərbaycanla oyun üçün heyəti - DÇ-2022
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi
Rəşad Sadıqov: "Ciddi və güclü qrupa düşmüşük"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15















Misli Premyer Liqası