"Qrupda öz sözümüzü deyə bilərik" -Canni De Byazi
"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".
Sportfm.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi yığmamızın UEFA Millətlər Liqasındakı rəqiblərini dəyərləndirərkən deyib.
İtaliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, millimiz qrupda sözünü deyə bilər:"Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Oxşar xəbərlər
"Milli bu qrupda sürpriz edə bilər" - Arif Əsədov
"Qrupda şansımız ola bilər" - Canni De Byazi
Elxan Məmmədov "Amerikanı kəşf etdi": "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq"
Xorvatiyanın baş məşqçisi Azərbaycanın adını çəkmədi
"Qrup birincisi ola bilərik" - Kosovo millisinin baş məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası