Canni De Byazi Azərbaycanda qalmaq istəmir -Özü açıqladı
"Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu bir daha uzatmayacağam".
Sportfm.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Radio Crc"ə açıqlamasında deyib.
67 yaşlı mütəxəssis yığmanın ardıcıl beş qələbə qazanmasını qeyri-adi hadisə hesab edib: "Mənim Azərbaycandan kənarda çıxış edən dörd oyunçum var. Anton Krivotsyuka baxmaq üçün Cənubi Koreya çempionatını izlədim. İtaliya A Seriyası üçün hazır futbolçu yoxdur. Amma düşünürəm ki, bəzi gənc futbolçular inkişaf edə bilər. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir. Lakin onlardan yararlana bilmir".
İtaliyalı baş məşqçi növbəti görüşdə 20 yaşlı qapıçıya (Yusif İmanov - red) şans verəcəyini söyləyib: "Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var. Məncə, bir oyunçu gənc olsa da, ona şans vermək lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də AVRO-2024-ün seçmə mərhələsində Avstriyanın qonağı olacaq.
Oxşar xəbərlər
"Bizim B planımız var" - Canni De Byazi
Canni de Byazi millimizi tərk edir? - AÇIQLAMA
"Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var" - Canni De Byazi
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
"Qrupda şansımız ola bilər" - Canni De Byazi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası