
"Neftçi" "Zirə"yə qarşı - Azərbaycan Premyer Liqası
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.
Günün yeganə matçı "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında olacaq. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edən "ağ-qaralar" 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan "qartallar" isə 2-ci sırada yer alıblar.
İndiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 4, qonaqlar isə 10 qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə bitib. Topların fərqi də qəsəbə təmsilçisinin xeyirinədir - 22:18. Son 6 oyunda qonaq olan komanda qələbə qazanmayıb. “Neftçi” ardıcıl 6 ev matçında qol vurub.
Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.
28 noyabr (şənbə)
Azərbaycan Premyer Liqası
XI tur
16:00. "Neftçi" – "Zirə"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.
Qeyd edək ki, turun "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" oyunları noyabrın 29-da keçiriləcək.

№ | Komanda | o | x |
1 | Qarabağ | 1 | 3 |
2 | Neftçi | 1 | 3 |
3 | Keşlə | 1 | 3 |
4 | Qəbələ | 1 | 1 |
5 | Zirə | 1 | 1 |
6 | Səbail | 1 | 0 |
7 | Sumqayıt | 1 | 0 |
8 | Sabah | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 17 | 37 |
2 | Səbail-2 Zaqatala | 18 | 36 |
3 | Zaqatala | 17 | 35 |
4 | Sabah-2 | 18 | 32 |
5 | Neftçi-2 | 18 | 29 |
6 | Kəpəz | 18 | 28 |
7 | Keşlə-2 | 17 | 25 |
8 | Sumqayıt-2 | 17 | 24 |
9 | Qarabağ-2 | 17 | 24 |
10 | MOİK | 16 | 19 |
11 | Ağsu | 18 | 13 |
12 | Zirə-2 | 17 | 11 |
13 | Qaradağ Lökbatan | 18 | 7 |