Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki gimnastımız ilk 8-likdə -Avropa çempionatı
Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, yeniyətmələrin mübarizəsində Azərbaycanın 2 gimnastı finala vəsiqə qazanıb.
Lentlə hərəkətlərdə Nərmin Bayramova, topla hərəkətlərdə Alina Gözəlova həlledici mərhələyə yüksəlib. Bayramova 19.150, Gözəlova isə 21.200 xalla ilk "8-liy"ə düşməyi bacarıblar.
Axşam seansında çoxnövçülük üzrə komanda yarışları baş tutub. Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxıb. Günün ən yaxşı nəticəsinə imza atan komanda 34.600 xalla cədvəldə ilk pilləni tutub.
Oxşar xəbərlər
Azərbaycan komandası qızıl medal qazandı - Avropa çempionatı
Azərbaycan gimnastları finaldan kənarda qaldı - Dünya çempionatı
Rusiyanı təmsil edən azərbaycanlı gimnast birincidir - Dünya Kuboku
Millimizin yekun heyəti bəlli oldu - Avropa çempionatı
Avropa çempionatında iştirak edəcək millimizin heyəti - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası