reklam
Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? -
Sportfm.az xəbər saytı

Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? -Açıqlama


Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçuları hələ Bakıya qayıtmayıblar.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

O bildirib ki, yoluxduqları UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün Xorvatiyada yenidən testdən keçiblər. Cavablar növbəti gün bəlli olacaq.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib. (report)

Oxşar xəbərlər

Klublarımızın koronavirusa yoluxmuş futbolçuları - ARAŞDIRMA
Yığmamızın baş məşqçisi Bakıya qayıtmayacaq - Ölkəsinə yollandı
Maksim Medvedev koronavirusa yoluxdu
Təmkin Xəlilzadədən açıqlama - "Otaqdan bayıra çıxmağa icazə yoxdur"
Millimizdə koronavirus şoku - Karantinə alındılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər