reklam
Millimizdə koronavirus şoku -
Sportfm.az xəbər saytı

Millimizdə koronavirus şoku -Karantinə alındılar


Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantin altına alınıb: "Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Futbolçuların klublarına da müvafiq məlumatlar verilib".

Qeyd edək ki, Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur. (report)

Oxşar xəbərlər

Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? - Açıqlama
Maksim Medvedev koronavirusa yoluxdu
Təmkin Xəlilzadədən açıqlama - "Otaqdan bayıra çıxmağa icazə yoxdur"
Millimizin futbolçuları testindən keçdi - Millətlər Liqası
AFFA FIFA-ya müraciət etdi - 4-cü əvəzetməyə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər