reklam
Təmkin Xəlilzadədən açıqlama -
Sportfm.az xəbər saytı

Təmkin Xəlilzadədən açıqlama -"Otaqdan bayıra çıxmağa icazə yoxdur"


"Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz yoldaşlıq oyunundan sonra otelə getdik. Hər şey qaydasında idi. Növbəti gün Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı danışarkən deyib.

27 yaşlı sol cinah oyunçusu özünü pis hiss etdiyini bildirib: "Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm. Otaqdan bayıra çıxmağa icazə yoxdur. Ən azı 10 gün belə olacaq. Temperaturum bir az düşüb. Halsızlıq və baş ağrısı var".

Qeyd edək ki, Təmkin Xəlilzadədən başqa yığmanın digər üzvü Rahil Məmmədov da koronavirusa yoluxub. Hər iki futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb. (report)

Oxşar xəbərlər

Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? - Açıqlama
Klublarımızın koronavirusa yoluxmuş futbolçuları - ARAŞDIRMA
Yığmamızın baş məşqçisi Bakıya qayıtmayacaq - Ölkəsinə yollandı
Maksim Medvedev koronavirusa yoluxdu
Millimizdə koronavirus şoku - Karantinə alındılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər