Yarışı 9-cu yerdə başa vurdu, 4-cü dəfə dünya çempionu oldu
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" yarışmasının dördqat çempionu olub.
Sportfm.az xəbər verir ki, Meksika Qran Prisini 9-cu yerdə başa vuraraq, mövsümün sonuna 2 mərhələ qalmış çempionluğunu təmin edib.
Meksika Qran Prisinin qalibi "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen olub, ikinci pillədə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas qərarlaşıb, üçüncü pillədə isə "Ferrari" komandasının finlandiyalı pilotu Kimi Raykkonen qərarlaşıb.
Şəxsi hesabda L.Hemilton 333 xal toplayıb, Fettel 277 xal, üçüncü pillədə olan Bottas isə 262 xal.
Qeyd edək ki, "Formula-1" yarışmasını ən çox qazananlar argentinalı Xuan Manuel Fanhiodur (beşqat) və almaniyalı Mixael Şumaxerdir (yeddiqat).
Oxşar xəbərlər
Hemilton İspaniya Qran Prisinin qalibi oldu
Beşqat dünya çempionunu keçib birinci oldu
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Hemilton yenə qalibdir - Bu dəfə Macarıstan Qran-Prisi fəth edildi
Hemilton Formula-1 İspaniya Qran-Prisində qalib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası