"The Best" mükafatının təqdim ediləcəyi vaxt bilindi -FIFA
FIFA ilin sonunda təşkil ediləcək mükafatlandırma mərasiminin vaxtını açıqlayıb.
Sportfm.az xəbər verir ki, tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək.
"The Best" mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq. Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəyi səsvermə dekabrın 9-dək davam edəcək.
Tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilər müəyyənləşəcək. Bundan əlavə, ən yaxşı kişi və qadın qapıçıların da adına aydınlıq gələcək.
FIFA ilin "feyr pley" mükafatına layiq görülən kollektivi və ən yaxşı qolun müəllifinə verilən "Ferents Puşkaş" mükafatının sahibini də müəyyənləşdirəcək. Qadın və kişilərdən ibarət ilin rəmzi komandaları, həmçinin ilin ən yaxşı azarkeşləri də açıqlanacaq.
Qeyd edək ki, FIFA hələlik nominasiyalar üzrə namizədlərin adlarını açıqlamayıb.
Oxşar xəbərlər
"The Best" mükafatı sahiblərinə qovuşacaq - FIFA
FIFA açıqladı - "The Best" mükafatı yanvarda təqdim ediləcək
İlin ən yaxşı futbolçusu açıqlanacaq - FİFA
FIFA ilin ən yaxşı futbolçusunu açıqladı
İlin ən yaxşı futbolçusu adına namizədlər məlum olur - Bu gün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası