"Qarabağ" "Sumqayıt"la qarşı-qarşıya -Premyer Liqa
Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
Sportfm.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatacaq.
Komandalar ölkə çempionatında 32 dəfə qarşılaşıblar. Bu oyunların 23-də "köhlən atlar", 5-də isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Qol sayında da ağdamlıların aşkar üstünlüyü var - 67:16. “Qarabağ” 19 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 9 səfər matçında məğlub olub.
Azərbaycan Premyer Liqası
X tur
16:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".
Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.
Oxşar xəbərlər
"Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək - Misli Premyer Liqası
“Qəbələ” ilə “Qarabağ” üz-üzə - Premyer Liqa
“Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Zirə" "Keşlə"yə, "Qarabağ" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
"Qarabağ" qələbə qazana biləcəkmi? - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası