Millimizin futbolçuları testindən keçdi -Millətlər Liqası
Yeganə legioner Renat Dadaşovdan başqa, bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər.
Sportfm.az xəbər verir ki, bu barədə Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, klublarının heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar.
Milli assosiasiya rəsmisi İsveçrə "Qrashoper"inə transfer olunan Renat Dadaşovun sentyabrın 1-nə keçən gecə Bakıya gələcəyini deyib.
F.Abdulla bütün milli üzvlərinin koronavirus testindən keçirildiyini söyləyib.
Qeyd edək ki, Əmir Ağayev ("Atromitos", Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyib.
Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə Kiprin qonağı olacaq. (report)
Oxşar xəbərlər
Yığmalarımızın test nəticələri açıqlandı - Hamıda mənfidir
Virusa yoluxmuş futbolçularımızın aqibəti necə olacaq? - Açıqlama
Millimizdə koronavirus şoku - Karantinə alındılar
Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək
AFFA FIFA-ya müraciət etdi - 4-cü əvəzetməyə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası