reklam
AFFA FIFA-ya müraciət etdi -
Sportfm.az xəbər saytı

AFFA FIFA-ya müraciət etdi -4-cü əvəzetməyə görə


AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. 

Sportfm.az xəbər verir ki, bu barədə Assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. 

Hələ müraciətə cavab verilmədiyini deyən milli assosiasiya rəsmisi ali futbol qurumunun yaxın günlərdə öz mövqeyini bildirəcəyinə əminlik ifadə edib. O, belə addımı futbolçuların fiziki baxımdan çətinliklərlə üzləşməməsi üçün atdıqlarını əlavə edib.  

F. Abdulla çempionat bərpa ediləcəyi təqdirdə, oyunların yay aylarında təşkil ediləcəyini nəzərə alaraq, bu istəklə çıxış etdiklərini vurğulayıb. Onun sözlərinə görə, belə bir şəraitdə qarşılaşmaların axşam saatlarında təşkili qaçılmaz olacaq. Üstəlik, futbolçuların fiziki baxımdan çətinliklərlə üzləşmə ehtimalı böyükdür. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. 

Oxşar xəbərlər

AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək
Millimizdə koronavirus şoku - Karantinə alındılar
Millimizin futbolçuları testindən keçdi - Millətlər Liqası
AFFA 5 əvəzetməni videokonfransda müzakirəyə çıxaracaq
AFFA rəsmisi UEFA seminarında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər