reklam
Azərbaycan Montenegro ilə üz-üzə -
Sportfm.az xəbər saytı

Azərbaycan Montenegro ilə üz-üzə -YENİLƏNİR


Futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.

C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.

Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.

Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.

Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.

Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro
Baş hakim: 
Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu

 

Oxşar xəbərlər

Azərbaycan millisi Slovakiyaya qarşı - Millətlər Liqası
Azərbaycan millisi Sloveniya ilə bərabərə qaldı - 0:0
Millimizin matçında rusiyalı hakimlər - UEFA Milllətlər Liqası
Azərbaycan - Monteneqro matçının yeri dəyişdirildi - UEFA açıqladı
Millimiz bu gün Kiprlə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər