Azərbaycan millisi Sloveniya ilə bərabərə qaldı -0:0
Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Sloveniya ilə üz-üzə gəlib.
Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu, 64 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk yoldaşlıq matçı olub.
De Byazi əsasən gənclərdən və daha az təcrübəyə malik futbolçulardan ibarət heyətə güvənib.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda 3 gün sonra qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq.
Oxşar xəbərlər
Azərbaycan Montenegro ilə üz-üzə - YENİLƏNİR
Millimiz Sloveniyaya qarşı - Yoxlama oyunu
Canni De Byazinin mətbuat konfransının vaxtı bilindi - Sloveniya – Azərbaycan
Azərbaycan - Monteneqro matçının yeri dəyişdirildi - UEFA açıqladı
Millimiz Sloveniya ilə üz-üzə gələcək - Lyublyanada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası