Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran Pridə Azərbaycan yığması 4 medal qazanıb.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə 3 qızıl medal əldə olunub.
Kişilərin yarışında 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev finalda almaniyalı Kristian Totla döyüşməli olsa da, rəqibi görüşə çıxmadığı üçün qalib elan edilib.
100 kq çəkidəki Elmar Qasımov həlledici görüşdə fransalı Aleksandr İddiri ipponla yenib.
Qadınların mübarizəsində isə İrina Kindzerska 78 kq-dan yuxarı çəki dərəcəsində almaniyalı Karolin Vayssı ipponla üstələyib.
İlk yarış günündə Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yığması Qran Prini 3 qızıl, 1 bürünc medalla başa vurub. Aişə Qurbanlı isə qadınlar arasında 48 kq çəkidə 7-ci yeri tutub.
Oxşar xəbərlər
Paracüdoçularımızdan iki qızıl medal - Bakı Qran-Prisi
Cüdoçumuz Qran-pridə finala yüksəldi
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Cüdoçularımız Qran Pri finalına yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası