reklam
Millimizin rəqibinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Millimizin rəqibinin heyəti açıqlandı -SİYAHI


Millətlər Liqasında Azərbaycanla qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Faruk Hacıbegiç 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Miloş Draqoyeviç ("Buduçnost")

Müdafiəçilər: Stefan Saviç (“Atletiko” Madrid, İspaniya), Marko Simiç (“Liepaya”, Latviya), Jarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), Saşa Baliç ("Zaglebiye", Polşa), Risto Radunoviç (Astra, Rumuniya), İqor Vuyaçiç (Partizan, Serbiya), Momçilo Raspopoviç (Riyeka, Xorvatiya), Miloş Miloviç (Vojdovaç, Serbiya)

Yarımmüdafiəçilər: Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (SPAL, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard” Lyej, Belçika), Marko Bakiç ("Muskron", Belçika), Deni Hoçko (“Muskron”, Belçika), Sead Hakşabanoviç (“Norrçöpinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə)

Hücumçular: Fatos Beçiray (“Visla” Krakov, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).
Qeyd edək ki, Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla yoxlama oyunu keçirəcək. Balkanlılar üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq və ayın 17-də Podqoritsada Kipri sınağa çəkəcək.

Oxşar xəbərlər

Serbiya yığmasının heyəti açıqlandı - Millimizlə oyun üçün
Millimiz Monteneqro ilə bərabərə qaldı - YENİLƏNİB
Millimizin rəqibinin heyəti açıqlandı - SİYAHI
Millimizin rəqibi heyətini açıqladı
Serblər dünya çempionatında bu futbolçularla oynayacaq - Heyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər