reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"la oyunda zədələnmiş futbolçu 3 həftə oynamayacaq


UEFA Avropa Liqasının I qrupunda II turun "Qarabağ"la oyununda zədələnmiş İspaniya "Vilyarreal"ının futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq. Bu səbəbdən, İstedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O, həmçinin La Liqada "Valyadolid" və "Xetafe", eyni zamanda Avropa Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutmuş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Kevin Medina üçün il bitdi - 4 həftə oynamayacaq
Ozobiçlə Qarayevin durumuna aydınlıq gəldi
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
“Sivasspor” “Qarabağ”la matça ciddi itkilərlə çıxacaq – 4 futbolçusu oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər