Ozobiçlə Qarayevin durumuna aydınlıq gəldi
Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı” ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, millimizin də üzvü olan yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.
Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Beləliklə, Ozobiç bu həftə "Frayburq"la Avroliqa matçını buraxmalı olacaq. Bundan başqa, o, Premyer Liqanın qarşıdakı ən azı 2 turunda - "Kəpəz" və "Sabah"la görüşlərdə də iştirak edə bilməyəcək.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun noyabrın 3-də Avropa Liqasının qrup mərhələsində “Frayburq”la matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
Oxşar xəbərlər
“Gent”lə oyunu buraxacaq - "Qarabağ"da itki
Kevin Medina üçün il bitdi - 4 həftə oynamayacaq
"Qarabağ"ın legioneri üçün mövsüm bitdi - Zədəyə görə
Mahir Emreli yaşıl meydanlardan uzaq qalacaq
"Qarabağ"da ciddi itki - Azı 3 həftə oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası