"Qarabağ"ı məğlub etməyə çalışacağıq" -"Makkabi"nin baş məşqçisi
"Çox yaxşı oynadıq. "Vilyarreal"ın keyfiyyətini digər komandalarla müqayisə etmək mümkün deyil. Yalnız özümüzü və qarşıdakı matçları düşünməliyik".
Sportfm.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İspaniya "Vilyarreal"ı ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis V turda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb: "Hər şey özümüzdən asılıdır. Gələn həftə "Qarabağ"ı məğlub etməyə çalışacağıq. "Vilyarreal"ın isə "Sivasspor"a məğlub olmaması bizə yetərlidir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” martçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Oxşar xəbərlər
"Növbəti mərhələ üçün mübarizə aparacağıq" - Yorqos Donis
"13-14 futbolçumuz var" - Elçin Rəhmanov
"Qarabağ" - "Makkabi" matçının hakimləri bilindi
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək
-
İdmançılarımız dünya çempionatını 5 medalla başa vurdu















Misli Premyer Liqası