Həbib Makronu tənqid etdi -"Allah öz hesablamasında sürətlidir"
UFC-nin yüngül çəkidə məğlubedilməz idmançısı Həbib Nurməhəmmədov da Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə söylədiyi fikirlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, bir neçə gün öncə idmançı karyerasını bitirdiyini açıqlayan Həbib Makronu sərt şəkildə tənqid edib.
“Qoy, Uca Allah söz azadlığı şüarı altında yarım milyarddan çox müsəlmanın inancını təhqir edən bu varlığın və bütün davamçılarının üzünü eybəcərləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah öz hesablamasında sürətlidir və bunu görəcəksiniz.
Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, xanımlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, xoşbəxt sonluq həmişə Allahdan qorxanlar üçündür”.
Oxşar xəbərlər
Həbib karyerasını bitirməyə hazırlaşır - AÇIQLAMA
Həbib Nurməhəmmədov döyüşdən imtina etdi
"Bu ağ yalandır" - Nurməhəmmədovun meneceri
"İdman zalından kənarda baş verənləri anlamıram" - Həbibdən koronavirus açıqlaması
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa














Misli Premyer Liqası